06:42
(077) 610-22-33

Polisin güllələnməsi ilə bağlı yeni faktlar - rəsmi məlumat

  • >
752 31 Avqust 2012 16:34 | Siyasət

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. məlumatda bildirilir ki, avqustun 31-də saat 03:00 radələrində Sabirabad rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı Quliyev Eldəniz Musa oğlu və rayonun Xankeçən kənd sakini Zeynalov Azad Səmid oğlu odlu silahla qətlə yetirilib. Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən olunub ki, Azad Zeynalovla həmkəndlisi Abıyev Gülhüseyn Xanhüseyn oğlu arasında münaqişə baş verib. Polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə daxil olmuş məlumat əsasında təcili olaraq hadisə yerinə gəlib və münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Lakin bu zaman polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirib və hadisə yerindən qaçıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülhüseyn Abıyev şübhəli şəxs qismində tutulub və cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Bahadur
AzNews.az
Bağla X