- Köhnə - Siyasət
- 1 Sentyabr 2012 21:58
- 3 255
Azərbaycan XİN: ABŞ hökumətinin iki müstəqil ölkənin münasibətlərinə qarışması təəccüb doğurur
E. Abdullayev həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin məsələyə isterik yanaşması onların aqressivliyini və terrorçuluq cəhdlərini nümayiş etdirir: "Ermənistanın hazırkı rəhbərliyi Xocalı soyqırımının törədilməsində, işğal olunmuş Azərbaycan torpaqlarında etnik təmizləmə aparılmasında birbaşa iştirak edib. Ermənistan rəhbərliyi üçün terror adi hala çevrilib. Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hanısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir", - deyə XİN sözçüsü vurğulayıb.
AzNews.az