“Biz yenə də döyüşə və qalib gələ bilərik” “Biz yenə də döyüşə və qalib gələ bilərik”

Serj Sarkisyan Azərbaycanı müharibə ilə təhdid etdi

“Biz yenə də döyüşə və qalib gələ bilərik”

Ermənistan prezidenti qondarma Dağlıq Qarabağ respublikasını müstəqillik günü münasibətilə təbrik edib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti təbrikində deyib: "Qondarma respublika demokratik, inkişaf edən bir ölkədir və bu bütün dünyaya, o cümlədən sizə nifrət edənlərə də gün kimi aydındır. Siz əcdadlarınızın yaşadıqları torpaqları minalardan təmizləyirsiniz, evlər, məktəblər tikirsiniz və ölkənizi çiçəkləndirirsiniz".

Ermənistan prezidenti həmçinin, həyasızcasına Qarabağ ermənilərini zülmə, etnik təmizləməyə məruz qalan xalq kimi təqdim edib. Müharibə mövzusuna da toxunan erməni prezident Azərbaycanı təhdid etməkdən də çəkinməyib: "Ermənistanı zəif bilmək lazım deyil, biz yenə də döyüşə və qalib gələ bilərik".

O, Ramil Səfərovun azad edilməsi məsələsinə də toxunaraq, öz çirkin niyyətlərini bir daha biruzə verib: "Artıq bundan belə heç bir kəs Dağlıq Qarabağ ermənilərinə Azərbaycana birləşin deyə bilməyəcək. Çünki, onlar erməni zabitini öldürən şəxsi azad etdilər". Ancaq erməni prezident öz nitqində nədənsə terrorçu ermənilərin ölkəsində necə qarşılandığı, onlara hətta milli qəhrəman statusu verildiyi, lobbi köməkliyi ilə ömürlük həbsdən necə azad edildiyi kimi tarixi həqiqətlərə toxunmaq istəməyib.

Sadiq
AzNews.az