12:19
(077) 610-22-33

İran Rusiyadan AES-i təhvil almaq üzrədir

  • >
466 5 Sentyabr 2012 11:24 | Siyasət

Rusiyalı mütəxəssislər bu ilin dekabrında "Buşer" Atom Elektrik Stansiyasını iranlılara təhvil verəcək. AzNews.az-ın ria novosti saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "Atomstroyekspot" şirkətinin İrandakı tikinti üzrə icraçı direktoru İqor Mezenin verib. O, bildirib ki, dekabr ayının üçüncü 10 günlüyündə Atom Elektrik Stansiyası sifarişçiyə təhvil veriləcək.

O, həmçinin qeyd edib ki, stansiya bu müddət ərzində tam sınaq yoxlamalarından keçiriləcək.
Xatırladaq ki, "Buşer" Atom Elektrik Stansiyasının tikilişinə 1974-cü ildə Alman şirkəti tərəfindən başlanılsa da, tikintini yekunlaşdırmaq mümkün olmayıb.

Sadiq
AzNews.az
Bağla X