02:37
(077) 610-22-33

ABŞ səfirliyi Morninqstar qalmaqalına aydınlıq gətirdi

  • >
908 6 Sentyabr 2012 15:29 | Siyasət

"Səfir Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib"



"Səfir Riçard Morninqstar Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib".

Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart deyib. O bildirib ki, bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir.

Xatırladaq ki, səfir R. Morninqstarın Heydər Əliyevin abidəsi qarşısında baş əyməsini əks etdirən fotoşəkil Azərbaycanın və ABŞ-ın bəzi mətbuat orqanlarında mənfi reaksiyaya səbəb olub.

AzNews.az
Bağla X