02:33
(077) 610-22-33

Ermənistan XİN-də Ramil Səfərovun ekstradisiyası ilə bağlı məlumat olub- ŞOK!

  • >
2 283 7 Sentyabr 2012 15:04 | Siyasət

Səfərovla başlayan yeni oyun və ya qara torbada “qara pişik”



Regnum.ru saytında "Ermənistanın yeni Qarabağ formulu adlı" məqalə yayımlanıb. Məsələnin aktuallığını nəzərə alaraq məqaləni ixtisarlarla AzNews.az oxucularına təqdim edirik:

Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Ermənistanda yeni daxili siyasi durum yarandı. Situasiya o qədər kəskinləşdi ki, daxili siyasi durum xarici siyasətə də təsirsiz ötüşmədi. Ermənistan parlamenti rəsmən Macarıstanla münasibətlərin dayandırılması ilə bağlı qətnamə qəbul etdi. Erməni parlamentarilər həmçinin, Qarabağın heç bir formada Azərbaycanın tərkibinə qaytarıla bilməməsilə bağlı bəyanat qəbul etdilər.

Bununla belə ermənilər Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyəti hələ də tam analiz edə, pərdənin önündəkiləri və arxasındakıları görə bilmir. Səfərovun ekstradisiyası ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Erməni ekspertlərdən bəziləri hesab edir ki, Səfərovun Azərbaycana verilməsi öncədən düşünülmüş və Amerika Xüsusi Xidmət Orqanlarının əlilə həyata keçirilmiş əməliyyatdır. Məqsəd isə ondan ibarətdir ki, Cənubi Qafqazda, xüsusilə Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşsin, açıq məcraya yönəlsin və vəziyyətdən istifadə edərək Amerika bölgəyə sülhməramlı qoşunlar yerləşdirsin. Bu isə, birbaşa İranla sərhədə nəzarət etmək deməkdir.

Bütün bu fikirlər əsas verir ki, bu, gələcəyə hesablanmış gedişlərin arxasında NATO üzvü olan Macarıstan, Azərbaycanın siyasi rəhbərliyi və ABŞ durur və onlar Səfərovun əslində hansı məqsədlə ekstradisiya edildiyini daha yaxşı bilir.

Amma belə bir aldadıcı fikir yaradılmağa çalışılır ki, guya, bu, Azərbaycan tərəfindən atılmış sırf emosional addımdır. Əslində isə bu heç də belə deyil. Birincisi ona görə ki, Səfərovun ekstradisiyası Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurdu və bunu Azərbaycanda əvvəlcədən proqnozlaşdırırdılar. Deməli, bütün bunlar nəzərə alınaraq Səfərov ölkəyə ekstradisiya olundu.

Bəs hərbi əməliyyatlar bərpa olunarsa və sülh məramlılar bölgəyə yerləşdirilərsə, nələr baş verə bilər?

İlk öncə ATƏT çərçivəsində aparılan 20 illik danışıqlar heçə enə, Qarabağ münaqişəsi ətrafındakı vəziyyət isə köklü dəyişə bilər. Daha sonra İrana hücum edilə bilər ki, bu da heç şübhəsiz Ermənistana böyük iqtisadi zərbə hesabına başa gələcək. Bir sözlə Səfərovun ekstradisiyasının arxasında İrana qarşı Amerika-Azərbaycan razılaşmasının olması ehtimalı çox böyükdür. Rusiyanın cənub sərhədlərində NATO qoşunlarının yerləşdirilməsi də gözdən qaçmamalıdır. Bu vəziyyətdə isə Ermənistan üçün dünyaya yeganə qapı Gürcüstan qalır ki, onun da Amerikanın nəzarətində olduğunu nəzərə alsaq, bütöv mənzərə qarşımızda canlanır. Belə bir məqamda Ermənistan Azərbaycana güzəştə getməyə məcbur olacaq ki, daha ağır iqtisadi-siyasi vəziyyətə düşməsin.

Bu cür yanaşmanın simptomları Ermənistan prezidentinin yanaşmasından da hiss olunur. Çalışılır ki, vəziyyət tam təhlil olunsun və Ermənistan onun üçün qabaqcadan hazırlanmış oyuna düşməsin. Buna misal kimi Qarabağ danışıqlardan çıxmamaqla bağlı fikirləri göstərmək olar. Nalbandyanın da istefaya göndərilməməsi məhz bu faktorla izah edilməlidir. Çünki Ermənistan Xarici İşlər Nazirliyində Səfərovun ekstradisiya ediləcəyi ilə bağlı informasiya olduğu artıq sirr deyildi və onlar bunun qarşısını ala bilməyiblər. Sual olunur, niyə? Deməli, işin arxasında daha böyük güclər və daha böyük oyunlar var!

Sadiq Musa
AzNews.az
Bağla X