11:27
(077) 610-22-33

İrana qarşı sanksiyaların yeni dalğası Avropa Birliyindən gəlir

  • >
281 10 Sentyabr 2012 15:39 | Siyasət

Avropa Birliyi hesab edir ki, İranın nüvə proqramını dayandırmağa məcbur etmək üçün yeni və daha sərt sanksiyaların tətbiqi vacibdir.

AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Almaniyanın Xarici İşlər naziri Avropa Birliyi ölkələrinin XİN rəhbərlərinin Kipr görüşündə Qido Vestervelle bildirib ki, "altılıq" çərçivəsində aparılan danışıqların nəticə vermir, bu səbəbdən də yeni sanksiyalar hazırlanmalıdr. O, həmçinin İranın atom silahına sahib olması qəbul olunmaz olduğunu deyib.

Onun britaniyalı həmkarı Vilyam Xeyq isə, İrana qarşı bundan əvvəl tətbiq olunmuş sanksiyaların təsirli olduğunu bildirib və vurğulayıb ki, İrana qarşı təzyiqləri artırmaq məqsədilə Birlik yeni sanksiyalar işləyib hazırlamalıdır. Belçikalı XİN rəhbəri Didi Reynders isə çıxışında Rusiyanın İranla bağlı mövqeyini tənqid edib və bildirib ki, əgər Rusiya sanksiyaların tətbiqini istəmirsə, o, zaman BMT Təhlükəsizlik Şurasında siyasi qərarlara dəstək versin.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında bildirmişdi ki, İran və Suriyaya qarşı birtərəfli sanksiyalar regional xarakterlidir və həmin sanksiyalar Rusiyanın iqtisadi və biznes maraqlarına, xüsusilə də bank sektorunun fəaliyyətinə zərbə vurur.

Sadiq
AzNews.az
Bağla X