07:58
(077) 610-22-33

YAP-dan cəbhədə baş verənlərlə bağlı açıqlama

  • >
1 733 1 Avqust 2014 11:04 | Siyasət

YAP-çı deputat Aydın Mirzəzadə cəbhədə baş verənlərə münasibət bildirib.

AzNews.az millət vəkilinin bu barədə sosial şəbəkədə yaydığı açıqlamanı təqdim edir:

"Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar.

Düşmənin xeyli itki verdiyi xəbərləri yayılır. İşğalçı qüvvələr növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü öz üzərilərində hiss edirlər.

Qarşıdurmada Azərbaycan əsgər və hərbi qulluqçularının da şəhid olduğu bildirilir. Şəhidlər öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin.

Bu situasiyada qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Onlara güc və allahdan hifz olunmalarını arzu edirik".

AzNews.az
Bağla X