09:47
(077) 610-22-33

13 şəhid verdik... Bəs görəsən, Abbas Abbasov niyə sevinir?

  • >
3 606 4 Avqust 2014 14:53 | Siyasət

Son günlər cəbhə bölgəsində ağır döyüşlərin getdiyi, hətta şəhidlərə görə ölkədə matəm edilməsinin gündəmə gəldiyi bir vaxta Azərbaycanın baş nazirinin keçmiş I müavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən olan Abbas Abbasov təmtəraqlı şadlıq məclisi təşkil edir.

AzNews.az-ın məlumatına görə, cəbhədəki son vəziyyətlə bağlı hər hansı bəyanat verməli olan Abbasov, yaxınlarını başına yığıb 65 yaşını qeyd edir.

Təbii ki istənilən şəxs doğum gününü, ələlxüsus da yubileydirsə, bu əlamətdar hadisəni qeyd etməkdə sərbəstdir. Amma ölkənin siyasi elitasında post tutmuş Abbas Abbasovun 15 şəhid verdiyimiz günlərdə özünə yubiley mərasimi düzənləməsini yəqin ki, özündən başqa heç kim başa düşmür.

Qeyd edək ki, Abbas Abbasov 1949-cu ilin bu günündə Gəncə şəhərində anadan olub. SSRİ dövründə partiya-təsərrüfat orqanlarında yüksək vəzifələr tutub. 1991-ci ildə Azərbaycan prezidentinin müşaviri təyin olunub. 1992-ci ildən 2006-cı ilədək olan müddətdə Azərbaycan baş nazirinin I müavini vəzifəsində çalışıb. 2006-cı ildən etibarən Moskvada yaşayır və Rusiyadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edir.
Bağla X