09:21
(077) 610-22-33

Zərdüşt Əlizadə: “Ərdoğanın Bakıya səfərindən fərqli bir şey gözləmirəm”

  • >
404 11 Sentyabr 2012 10:37 | Siyasət

“Azərbaycanla Türkiyə arasında kifayət qədər anlaşılmazlıqlar var”



"Baş nazirin Azərbaycana səfəri zamanı iqtisadi, energetika, Türkiyə biznesinə burada normal şəraitin yaradılması, həmçinin, İranda baş verənlər və Qarabağ münaqişəsi müzakirə olunacaq".

Bu sözləri AzNews.az-a politoloq Zərdüşt Əlizadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ərdoğanın Bakıya səfərindən müsbət bir şey gözlənilmir. Amma protokol məsələlərində Azərbaycanın və Türkiyənin umacağı məqamlar var: "Azərbaycanla Türkiyə arasında kifayət qədər anlaşılmazlıqlar var. Bunlar öz həllini tapmalıdır".

Politoloq hesab edir ki, baş nazirin Azərbaycana səfəri son zamanlar Ermənistan və Azərbaycan arasında yaranmış gərginliyə təsir etməyəcək: "Əslində, bu gərginlik süni yaradılıb. Mahiyyətinə varanda görünür ki, Ermənistan prezidenti Serj Sərkisyan seçkiöncəsi Ramil Səfərovun azadlığa çıxmasından istifadə etdi. Sərkisyan özünü yalançı vətənpərvərliyə vurub, Azərbaycanı təhdid etdi. Bu da onun seçkilərdə qalib olacağına işarədir. İki ölkə arasında yaranmış gərginlik Türkiyəni narahat edir. Ona görə də danışıqlar zamanı bu mövzunu diqqətdə saxlayacaqlar. Türkiyə istəyir ki, Azərbaycanla Ermənistanın münasibətləri normallaşsın".

Qeyd edək ki, bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri arasında keçiriləcək görüşdə 5 dövlətlərarası sənədin imzalanacağı gözlənilir.

İlkin
AzNews.az
Bağla X