02:41
(077) 610-22-33

Sarkisyan erməni müxalifətə xəbərdarlıq etdi - “Azərbaycanı ruhlandırmayın”

  • >
1 031 11 Avqust 2014 15:30 | Siyasət

Bu gün Ermənistandakı yerli telekanallardan birinə geniş müsahibə verən prezident Serj Sərkisyan Qarabağla bağlı informasiya müharibəsinə də toxunub.



Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sərkisyan müxalifətin ölkədə yaşayanların real sayı ilə bağlı açıqladığı rəqəmlərin Azərbaycanı ruhlandırdığını xatırladıb. O, müxalifət partiyalarından tələb edib ki, ölkənin müharibə vəziyyətində olduğunu nəzərə alıb, bu praktikadan imtina etsinlər:
"Azərbaycanın rəhbərliyi, prezidenti Ermənistanda insanların qalmadığını, ölkənin parçalanma əfəfəsində və boş olduğunu bəyan edir. Şübhəsiz ki, bu halda onlar bizim bəzi müxalifətçilərin fikrini təkrar edirlər. Bu isə azərbaycanlıları ruhlandırır. Mən ölkə müxalifətinə müraciət edərək belə məsələlərdə təmkinli olmağa çağırıram. Mən demirəm ki, bizimlə mübarizə aparmayın. Müxalifət elə siyasi hakimiyyət uğrunda mübarizə aparamaq üçündür. Nə sülh, nə müharibə şəraitində yaşayırıq, cəbhədə gərginliyin artıdğı zamanda düşməni ruhlandırmaq lazım deyil".

AzNews.az
Bağla X