13:27
(077) 610-22-33

ABŞ ölən erməni əsirlə bağlı bəyanat yaydı

  • >
3 191 16 Avqust 2014 11:54 | Siyasət

ABŞ Dövlət Departamenti Azərbaycanda qəfildən ölən erməni əsir Karen Petrosyanla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "ABŞ Azərbaycanda əsirlikdə olan Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirir. ABŞ Petrosyanın yaxınlarına başsağlığı verir".

Dövlət Departamanti Azərbaycan və Ermənistanı Beynəlxalq humanitar qaydalara əməl etməyə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə əsirlərlə görüşmə imkanının yaradılmasına çağırıb.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunda Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan Ağbulaq kəndinə gələrək mülki adamlar tərəfindən saxlanılıb. Sonradan o, kənd camaatı tərəfindən hərbçilərə verilib. Lakin avqustun 8-də səhər saatlarında Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Onu da bildirək ki, erməni hərbçilər ötən ay Kəlbəcərə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu tutublar. H.Həsənovun öldürüldüyü və Dağlıq Qarabağda dəfn edildiyi bildirilir. Lakin ermənilər bununla bağlı heç bir fakt ortaya qoymur. Ermənilər həmçinin Kəlbəcərə valideynlərinin qəbrini ziyarət edən Dilqəmlə Şahbazı diversant kimi qələmə verir.


musavat.com
Bağla X