19:13
(077) 610-22-33

Rusiya və Çindən İrana gözlənilməz zərbə

  • >
557 12 Sentyabr 2012 11:25 | Siyasət

Qərb ölkələri Rusiya və Çini İranın nüvə proqramına qarşı daha sərt mövqe tutmağın vacibliyinə inandırıb. Bu barədə məlumatı diplomatık mənbələrə istinadən Frans-Press agentliyi yayıb.

Mənbənin məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya nəhayət ki, istəklərinə nail olublar. Belə ki, Moskva və Pekinin İranın nüvə tədqiqatlarından ciddi narazılığını bildirəcək. Sentyabrın 12-də keçiriləcək növbəti toplantıda mövqelərdəki dəyişikliyin hansı formada açıqlanacağı barədə isə məlumat verilmir.

Məlumat üçün bildirək ki, bu ilin avqustunda dünya mətbuatında Rusiyanın İran məsələsinə görə mövqeyini dəyişəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Buna səbəb iqtisadi sanksiyalar səbəbindən Rusiyanını İrana C 300 raketlərinin satılması ilə bağlı öhdəliyi yerinə yetirməməsi olub. İran Rusiyanı müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə beynəlxalq məhkəməyə verib.

Alpər
AzNews.az
Bağla X