03:34
(077) 610-22-33

Suriya erməniləri silah götürüb

  • >
564 14 Sentyabr 2012 08:53 | Siyasət

Suriyanın ikinci ən böyük şəhəri olan Aleppoda ermənilər Əsəd müxaliflərinə qarşı vuruşur. "The Daily Telegraph"ın yazdığına görə, bir müddət əvvələ qədər şəhər əhalisinin əksəriyyətini təşkil edən xristianlar neytrallıq nümayış etdirsələr də, son zamanlar qruplar yaratmağa başlayıblar. Xristianlar hökumət ordusu ilə bərabər silah götürərək erməni qrupları ilə müxaliflərə qarşı mübarizəyə başlayıbar.

Xristianların ancaq öz kvartallarını qoruduqlarını bildirən qəzet 150-dən çox xristianın silah götürdüyünü bildirib. Kilsə xadimi Ovanes qəzetə müsahibəsində deyib ki, heç də bütün azlıqların nümayəndləri və varlılar Əsədin tərəfdarı deyil. Bununla belə onlar şəhərə daxil olmaq istəyən miqrantlardan özlərini qorumağın vacibliyini başa düşürlər: "Mən hökümətin tərəfdarı deyiləm, amma silahlılar quldurdur".

Rəsmi Dəməşq ermənilərə müraciət edərək onları yaşadıqları evləri tərk etməyə çağırıb və bunu silahlılara zərbə vurmağa hazırlıq getməsi ilə əlaqələndirib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X