21:41
(077) 610-22-33

Azərbaycanla NATO fərdi tərəfdaşlıq tədbirlərinə başlayır

  • >
437 14 Sentyabr 2012 09:37 | Siyasət

Azərbaycanla NATO arasında imzalanmış "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər keçiriləcək. AzNews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Budapeştdə (Macarıstan) "Qərargah Zabitləri üçün hərbi terminologiya" kursu 17-28 sentyabrda keçiriləcək.

FTP-dən əlavə olaraq, Qarmişda (Almaniya) 18-20 sentyabr tarixlərində SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə işçi qrupunun yaz sessiyası keçiriləcək.

Bakıda Böyük Britaniya Müdafiə akademiyasının təşkilatçılığı ilə "Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması" tədbiri sentyabrın 24-də başlanacaq.
Szolnokda (Macarıstan) keçiriləcək BMT hərbi müşahidəçi kursu 24 sentyabrdan oktyabrın 12-dək davam edəcək.

"ETERNİTY-2012" kompüter dəstəkli komanda qərargah təlimi 24-28 sentyabrda Ankarada baş tutacaq. NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə mövzusunda təlim kursu" isə 24-28 sentyabrda Bakıda keçiriləcək.

Bundan başqa, 24-28 sentyabrda Oberamerqauda (Almaniya) "Hərbi- Mülki Əməkdaşlıq (CİMİC) Qərargah" kursu, 24 sentyabrda Qarmişda (Almaniya) Dil testi üzrə təkmilləşdirilmiş seminar, 25-27 sentyabrda Azərbaycan - AFR ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, Bakıda Silahlara nəzarət üzrə ekspert danışıqları olacaq.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda 17-19 sentyabr tarixlərində 2013-cü il üzrə ikitərəfli illik proqramın razılaşdırılması üzrə işçi görüşü olacaq. Silahlara nəzarət – Vyana sənədinin icra edilməsi və nəzarət kursu isə 17-21 sentyabrda Oberamerqauda (Almaniya) baş tutacaq.
Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 17-də Təməl hərbi dağ təlimi Lyublyanada (Sloveniya) gerçəkləşəcək.

Sevinc
AzNews.az
Bağla X