19:12
(077) 610-22-33

Elmar Məmmədyarov Küveyt səfiri ilə görüşdü

  • >
403 14 Sentyabr 2012 16:11 | Siyasət

Azərbaycanın xarici işlər naziri Küveytin ölkəmizdəki səfiri Ğəssan Əbdülbari Əl-Zəvavini qəbul edib

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və gələcək inkişafın perspektivləri müzakirə olunub. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfir Ğəssan Əbdülbari Əl-Zəvavi Azərbaycanda aparılan quruculuq işlərini yüksək qiymətləndirib.

Həmçinin Küveyt səfiri ölkəsinin Baş Nazirinin müavini və xarici işlər naziri Sabah Xalid Əl-Hamad Əl-Sabah tərəfindən Elmar Məmmədyarova ünvanlanmış məktubu təqdim edib.

İlkin
AzNews.az
Bağla X