18:44
(077) 610-22-33

İslamı təhqir edən filmi porno rejissoru çəkib

  • >
1 535 17 Sentyabr 2012 11:35 | Siyasət

İslam peyğəmbərinin təhqir edildiyi "Müsəlmanını gühansızlığı" filminin rejissoru 65 yaşlı Alan Roberts parnoqrafiya filmlərin rejissoru kimi tanınıb. Əsl adı Robert Braunelli olan bu şəxs barədə məlumatı "Gawker" portalı yayıb.

Bundan əvvəl filmin Sem Beysil adlı rejissor tərəfindən çəkildiyi bildirilsə də, yeni məlumata əsasən o, yalnız filmin prodüseri olub. A.Robertslə əlaqə saxlamaq mümkün olmasa da, onun yaxın dostu bu faktı təsdiqləyib.

Həmin şəxs də filmlə bağlı yaranan vəziyyətdən sonra A.Robertsin telefonunu söndürdüyünü vurğulayıb. O da məlum olub ki, film əvvəllər "Səhranın müharibəsi" adlandırılıb. Film 2011-ci ildə Los - Ancelosda çəkilib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X