04:57
(077) 610-22-33

Təyyarə qəzasından necə sağ çıxmaq olar - VİDEO

  • >
830 17 Sentyabr 2012 13:08 | Siyasət

Hansı oturacaqda əyləşmək daha məqsədəuyğundur?



Bir təyyarə qəzaya uğradığı vaxt pilot kabinəsinə ən uzaq nöqtədə oturanların xilas şansının ən yüksək olduğu müəyyənləşib.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutu və Vayne Universitetinin bir qrup mütəxəssisi "Boeing 727" təyyarəsiylə 1.6 milyon dollara baş gələn qəza təcrübəsi tətbiq edib. 170 nəfərlik sərnişin təyyarəsi pilot Ceyms Slokum və heyətin nəzarəti ilə oturacaqlara yerləşdirilən oyuncaq sərnişinlər və 24 kamerayla birlikdə havaya qalxır.

Mütəxəssislər sərnişinləri başını qolları ilə tutub dizlərinin üstünə əyilən və təhlükəsizlik kəməri bağlı; eniş vəziyyətində olmadığı halda təhlükəsizlik kəməri bağlı və nə eniş vəziyyətində, nə də təhlükəsizlik kəməri bağlı olmaqla oyuncaq sərnişinləri üç formada oturdurlar. Meksikanın Sonoro səhrasının üstündə 600 metr hündürlüyə qalxan təyyarədən pilotlar paraşütlə atılırlar və təyyarə uzaqdan idarə olunub. Təyyarə, sərnişin təyyarəsi qəzalarının 80 faizində qəzaya uğrama forması olan burun üstü düşməsi təmin edilir.

225 KM SÜRƏTLƏ YERƏ DƏYDİ

Eniş zamanı təyyarə saatda 225 kilometr sürətlə yerə dəyib və doqquz saniyədə partlayıb. Daha sonra hansı mövqedə və təyyarənin hansı hissəsində oturanlarda xilas olma ehtimalının yüksəkliyi araşdırılıb.

Mütəxəssislər, təcrübə zamanı eniş mövqeyinin seçilməsinə baxmayaraq, oyuncaqların çoxunun oynaq yerlərinin qırıldığını müəyyənləşdiriblər. Həqiqi bir qəza zamanı təyyarənin arxa tərəflərində və düzgün formada əyləşsələr belə, partlayış və ya yanğın zamanı sərnişinlərin xilas şansı azala bilir. Burunu üstündə yerə dəyən təyyarənin pilot kabinəsi zərbənin gücündən gövdədən ayrılır. Gövdədən ayrılan burun hissə tamamilə dağıldığı halda, təyyarənin arxa hissəsi möhkəm qalır.

İLK 11 SIRADA OTURANLARIN ŞANSI YOXDUR

- Eniş zamanı təhlükəsizlik kəməri bağlı olanların sağ qalma riski bütün sərnişinlərdən daha çoxdur;
- Təhlükəsizlik kəməri bağlı olduğu halda eniş mövqeyində oturmayanların ciddi beyin silkələnmələrinə məruz qalma riski də yüksəkdir;
- Təhlükəsizlik kəməri bağlı olmayanların isə sağ qalmaq şansı isə yoxdur;
- "First-class" sərnişinlərinə aid olan ilk 11 sırada oturanların da sağ qalmaq şansı yoxdur. Buna görə də, bu model təyyarə tam dolu olduğu halda 66 sərnişin və pilot kabinəsindəkilər dünyalarını dəyişəcəklər;
- İlk 11 sıradan sonrakı ilk beş sırada oturanlar zərbəni cazibə qüvvəsindən 12 dəfə artıq hiss edir. Burada oturanların xilas olmaq şansı çox aşağıdır;
- Təyyarənin arxasına doğru qəzanın təsiri azalır. Orta sıralarda oturanlar qəzanı cazibə qüvvəsindən 9, daha arxada oturanlar isə 6 dəfə artıq güc hissə edirlər. Arxadakı sərnişinlər daha şanslıdır.

XİLAS OLMAQ ÜÇÜN NƏ EDİLMƏLİDİR?

1. "Təcili çıxış" qapısının yaxınlığındakı beş sıradan yer alın.
2. Təsadüfən suya eniş olarsa, bədən temperaturunu qorumaq üçün nazik geyinməyin.
3. Təyyarə havaya qalxmazdan öncə təlimatlara qulaq asın.
4. Kök və yaşlılar daha məhdud hərəkət etdiyi üçün oturduqları yerlərə diqqət etsinlər.
5. Əl çantalarınızda hava təmizləyici qaz maskaları saxlayın.



AzNews.az
Bağla X