03:34
(077) 610-22-33

Fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər veriləcək

  • >
464 18 Sentyabr 2012 13:20 | Siyasət

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Milli arxiv fondu" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişiklik barədə məlumat verən komitə sədri Nizami Cəfərov bildirib ki, qanuna dəyişikliklər Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir.

Qanunun 8 maddəsində əlavə olaraq göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, pentensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı, fövqəlada hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək.

Müzakirələr zamanı deputat Rəfael Hüseynov bildirib ki, bu qanuna gələcəkdə də əlavə və dəyişikliklər edilməsi vacibdir. "Yəni, həmin arxivlərdə elmi-tədqiat işlərinin aparılması üçün qanunda dəyişikliklər edilməlidir", - Hüseynov əlavə edib. Müzakirələrdən sonra dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.

AzNews.az
Bağla X