01:02
(077) 610-22-33

Prezident İlham Əliyev Luvr muzeyində olub

  • >
660 18 Sentyabr 2012 16:26 | Siyasət

Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib



AzNews.az-a xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Prezidenti Fransua Olland mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.

Fransua Olland çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. O, bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib.

Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə tanış olublar. Bildirilib ki, bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir.

Qeyd edək ki, dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə Kral sarayının binasında açılıb. Parisin mərkəzində yerləşən muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artıb. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlib.

İlkin
AzNews.az
Bağla X