02:25
(077) 610-22-33

İstilər davam edəcək

  • >
714 19 Sentyabr 2012 10:57 | Siyasət

Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə qeydə alınacaq.

İlkin
AzNews.az
Bağla X