01:08
(077) 610-22-33

Dəli Kür yenə məcrasından çıxır

  • >
654 24 Sentyabr 2012 10:52 | Siyasət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələrinin açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən 13,7 kubmetr/saniyə artaraq 83,8 kubmetr/saniyə təşkil edib. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar və mis birləşmələri 4, Ağstafaçayda fenollar 4, mis birləşmələri YVQH-dən 3 dəfə çox olub. Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

İlkin
AzNews.az
Bağla X