06:31
(077) 610-22-33

XİN-dən din bəyanatı

  • >
624 27 Sentyabr 2012 16:08 | Siyasət

"Azərbaycan dinə qarşı istənilən hücumları pisləyir"



"Beynəlxalq birlik regional böhran və münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə yönəlik səylərində ardıcıl olmaqda davam etməlidir". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan bu yanaşmanı dünyanın müxtəlif yerlərində həlli uzadılmış münaqişələrə nəzərən aktiv şəkildə dəstəkləyir. Yaxın Şərq regionunun tarixi dəyişikliklər dövrü yaşadığını, bununla da cəmiyyətin öz taleyini müəyyənləşdirməkdə qərarlı olduğunu qeyd edən nazir bu ağır tarixi dövrdə Yaxın Şərq regionu dövlətlərində sülh və təhlükəsizliyin bərqərar olmasında BMT və Ərəb Dövlətləri Liqasının fəaliyyətinə dəstək verib: "Bu qurumların prosesdə iştirakı münaqişələrin qarşısının alınması və nizamlanması, böhranların idarə olunması, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi vəzifələrin həllində mühüm rol oynayır".

Nazir çıxışında dindarların ABŞ-da istehsal olunmuş "Müsəlmanların məsumiyyəti" filminə qarşı etiraz aksiyaları keçirməsi mövzusuna da toxunub. O, islama qarşı küfrlərin səbəb olduğu zorakılıq halları ilə bağlı dərin təəssüfünü ifadə edərək, bildirib ki, Azərbaycan dinə qarşı istənilən hücumları qəti şəkildə pisləyir: "Eyni zamanda mülki şəxslərə, xüsusilə diplomatik personala qarşı hücumlara heç bir halda haqq qazandırıla bilməz"

AzNews.az
Bağla X