02:59
(077) 610-22-33

İlham Əliyev xarici qonaqları qəbul etdi

  • >
1 224 3 Mart 2015 15:57 | Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AZNEWS.AZ xəbər verir ki, Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

İlham Əliyev bu gün, həmçinin Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirilib, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bağla X