05:16
(077) 610-22-33

Türkiyə parlamentindən 31 martla bağlı Açıqlama

  • >
899 31 Mart 2015 01:31 | Siyasət

Türkiyə-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Adana millət vəkili Necdət Ünüvar 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı başsağlığı verib.



AzNews.az modern.az-a istinadən xəbər verir ki, o açıqlamasında bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 Mart günü "Azərbaycanlıların soyqırımı günü" olaraq elan edib:
"Azərbaycan xalqı, tarixində dəfələrlə soyqırıma məruz qalmasına, bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq bir çox ölkə bu soyqırımlara səssiz qalıb.

31 Mart gününü hər bir azərbaycanlı və bütün Türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda on minlərlə qardaşımızın mərhəmətsizcə qətl edildiyi illəri ifadə edən unudulmaması gərəkən bir gündür. Hər il 24 apreldə qondarma soyqırımı iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri əvvəlcədən düşünülmüş qırğınları gizləməyə çalışırlar, amma bu qanlı günləri tarix unutmayacaq.

Soyqırımı qurbanlarının anım günündə şəhid olan Azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirəm".

Bağla X