Müsavat Partiyasının başqanı Arif Hacılı sabah mətbuat konfransı keçirəcək. Müsavat Partiyasının başqanı Arif Hacılı sabah mətbuat konfransı keçirəcək.

Arif Hacılı sabah mətbuat konfransı keçirəcək

Müsavat Partiyasının başqanı Arif Hacılı sabah mətbuat konfransı keçirəcək.

Bu barədə AzNews.az-a Partiyanın başqan müavini, Divan üzvü Səxavət Soltanlı məlumat verib.

Onun sözlərinə görə, mətbuat konfransı saat 14.00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında baş tutacaq.

Konfransda növbəti iqtidar-müxalifət görüşünün detalları müzakirə ediləcək və son günlər Müsavat Partiyasında yaranan vəziyyətlə bağlı Arif Hacılıya ünvanlanan suallara cavab veriləcək.

Qeyd edək ki, KİV nümayəndələri konfransa dəvətlidirlər.

Bahar RÜSTƏMLİ
AzNews.az