18:49
(077) 610-22-33

Prezident və xanımı Ağ Şəhər Bulvarında - Fotolar

  • >
1 563 15 May 2015 18:07 | Siyasət

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar.


AzNews.az xəbər verir ki, bu bulvar əvvəllər paytaxtın "Qara şəhər" kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb. Dövlət başçısı tərəfindən 2013-cü ilin mayında təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq "Bakı Ağ Şəhər" layihəsini tamamlayır.

Prezident İlham Əliyev Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib. Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa edilib.
image description image description image description image description image description image description image description image description
Bağla X