14:30
(077) 610-22-33

4 ölkə lideri İlham Əliyevi təbrik etdi

  • >
872 26 May 2015 14:33 | Siyasət

Bir neçə ölkə lideri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.


AzNews.az xəbər verir ki, təbrik məktublarında deyilir:

"Zati-Aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm.

Dərin hörmətlə, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi".

***

"Zati-Aliləri,
Azərbaycanın milli Bayramı, 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Monteneqro arasında dostluğa əsaslanan əlaqələr hər zaman səmimi olub. Gələcək əməkdaşlığımızın dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminəm.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirir və münasibətlərimizin inkişafına vediyiniz şəxsi töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə, Monteneqronun Prezidenti Filip Vuyanoviç".

***

"Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev".

***

"Zati-aliləri, əziz qardaşım,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimiz arasında fəal həmrəyliyə əsaslanan əlaqələrindən məmnunluq duyduğumu bildirmək istəyirəm. Mən yenilməz qüdrət sahibindən İslam ümmətinin istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm.

Hörmətlə, Mərakeşin Kralı VI Məhəmməd".
Bağla X