20:56
(077) 610-22-33

Məruzəçilər sanki Ermənistana yox, Aya səfər ediblər - Rafael Hüseynov

  • >
1 486 1 Oktyabr 2015 21:12 | Siyasət

Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iki fərqli komitəsi tərəfindən təyin edilmiş məruzəçilərin ölkədə araşdırma aparmasına mane olur.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri AŞ PA-nın payız plenar sessiyasının dördüncü iş günündə avstriyalı deputat Ştefan Şennax tərəfindən hazırlanan "Assambleyanın monitorinq prosedurunun inkişafı" adlı məruzəsi ətrafında çıxışında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Monitorinq prosedurunun AŞ PA-nın ən əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri olduğunun bildirən millət vəkilinin sözlərinə görə, önəmli olan odur ki, bu prosedur düzgün və ədalətli şəkildə aparılsın: "Monitorinq proseduru AŞ PA-nın ən önəmli fəaliyyət istiqamətlərindən biridir. Önəmli olan odur ki, bu prosedur düzgün və ədalətli şəkildə aparılsın. Bununla biz konstruktiv nəticələr əldə edə bilərik. Monitorinq yalnız bəzi ölkələrdə əldə olunmuş irəliləyişləri əks etdirmir. Bu müşahidələr əsasında hazırlanmış sənədlər, həmçinin bizim Avropa Şurası (AŞ) haqqında verdiyimiz imici əks etdirir. Məsələn, əgər bir məruzə düzgün, tarazlaşdırılmış, ədalətlidirsə və ikili standartlar siyasətinin nümayişindən üzaqdırsa, bu, Assambleyaya hörmət gətirir. Əgər hər hansı bir məruzə qeyd edilən prinsipləri ehtiva etmirsə, bu, təşkilatın nüfuzuna xələl gətirir".

Onun sözlərinə görə, təəssüf ki, monitorinqə dair məruzələr həmişə ölkənin əsl vəziyyətini əks etdirmir: "Monitorinq altında olan ölkələr onun nəticələrinə dair hesabatı gördükdə təəccüblənir və sual verirlər: görəsən, məruzəçilər həqiqətən də monitorinq altında olan ölkəyə səfər ediblər? İdeal olan odur ki, heç bir ölkə bu formada nəzərdən keçirilməsin və hazırlanan hesabat ölkəyə qarşı təzyiq vasitəsinə çevrilməsin. Burada söhbət düzəlməli olan boşluqlara göz yummaqdan getmir. Monitorinq proseduru ölkələrə kömək etmək və Avropa Şurası ailəsində əsl yerlərini tutmaları üçün yaradılmış bir mexanizmdir. Buna baxmayaraq, AŞ PA-nın son 15 ildə qəbul etdiyi məruzələr təəccüb doğurur. Məsələn, Ermənistanın AŞ-yə üzv olarkən üzərinə götürdüyü əsas öhdəliklərdən biri Azərbaycan torpaqlarının işğalına son qoymaq və danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq idi. Lakin bu gün Ermənistan götürdüyü öhdəliyə cavab verməkdən imtina edir, Assambleya tərəfindən qəbul edilmiş 1416 saylı qətnaməni yerinə yetirməkdən imtina edir, habelə sözügedən qətnamənin yerinə yetirilməsinə nəzarəti həyata keçirən Alt komitənin fəaliyyətinə mane olur. Ermənistan AŞ PA-nın iki fərqli komitəsi tərəfindən təyin edilmiş məruzəçilərin ölkədə araşdırma aparmasına mane olur. Halbuki bunu hər iki məruzəçinin mandatı tələbə edir".

R.Hüseynov çıxışında qeyd edib ki, Ermənistanda insan haqları, demokratiya sahəsində problemlərin olduğuna baxmayaraq, Monitorinq komitəsinin məruzəsində vəziyyət yaxşı şəkildə təqdim edilir: "Ermənistanın insan haqları müdafiəçiləri ölkədə antidemokratik vəziyyətdən, despotik rejimdən, ölkədə ədalət tələb edənlərə qarşı həyata keçirilən təqib, işgəncə və həbslərdən bəhs edirlər. Amma bu məruzədə vəziyyət yaxşı şəkildə təqdim edilir və mənim sadaladıqlarımın fakt olmadığı qənaəti yaranır. Elə təəssürat yaranır ki, Ermənistan üzrə məruzəçilər Ermənistana yox, Aya səfər ediblər. Ermənistan üzrə məruzəçilər unudurlar ki, onlar ədalət prinsipi naminə Ermənistan xalqının, cəmiyyətinin maraqlarını müdafiə etməlidirlər. Söhbət məruzəçilər üçün cinayətkar Ermənistan hakimiyyətinin müdafiəçiləri olmağından getmir. Ermənistan xalqı və cəmiyyəti məruzəçilərin bu cür hazırlanmış hesabatından təəssüf hissi keçirir və AŞ-yə inamları qalmır. Bu isə çox pis haldır".
Bağla X