20:03
(077) 610-22-33

Nəsiman Yaqubluya da “yox” deyildi – Parlament seçkisi

  • >
1 956 6 Oktyabr 2015 16:48 | Siyasət

Müsavat Partiyasının məclis üzvü Nəsiman Yaqublunun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınmayıb.



Bu barədə məlumatı AzNews.az-a 125 saylı Zəngilan Qubadlı seçki dairəsinin sədri Əli Müslümov deyib. Nəsiman Yaqublu 125 saylı Zəngilan Qubadlı seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

Müsavat Partiyasının daha bir üzvü başqan müavini, divan üzvü Saxəvət Soltanlı isə namizədliyi rəsmi olaraq qeydə alınıb. O, 50 saylı Abşeron- Qobustan seçki dairəsindən namizədliyini vermişdi.

Qeyd edək ki, bundan öncə partiyanın irəli sürdüyü namizədlərdən İsa Qəmbərin (15 saylı Yasamal-birinci), Arif Hacılının (33 saylı Xətai birinci), Gülağa Aslanlının (10 saylı Binəqədi üçüncü), Razim Əmiraslanlının (120 saylı Cəbrayıl-Qubadlı), Xasay Fərzullanın (71 saylı Masallı Kənd) və Söhrab Əmrahovun (55 saylı Xaçmaz şəhər) Niyaz Nəsirin (13 saylı Xəzər-Pirallahı), Mirzağa Axundun (60 saylı Salyan-Neftçala), Valeh Hümmətoğlunın (59 saylı Səlyan), İsgəndər Həmidovun (123 saylı Kəlbəcər), Vilayət Abuşovun (57 saylı Kürdəmir) və İkram İsrafilin (115 saylı Şəki Kənd ikinci) namizədlikləri qeydə alınıb.

Sevinc Yasinqızı
AzNews.az

Bağla X