19:13
(077) 610-22-33

Hesablama Palatası Milli Məclisdə yoxlama apardı

  • >
1 603 6 Oktyabr 2015 19:54 | Siyasət

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Milli Məclis və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiq edilib.
Top xəbərlər
Bağla X