19:07
(077) 610-22-33

NATO-nun ekspert qrupu Bakıda seminar keçirir - Foto

  • >
717 13 Oktyabr 2015 19:38 | Siyasət

Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 13-dən Bakı şəhərində NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən "Standartlaşdırma və uzlaşma" seminarı keçirilir.

AzNews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru general-mayor Edvadas Majeikasın (Litva) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.



Top xəbərlər
Bağla X