01:50
(077) 610-22-33

Polisdən cəsarətli addım - Bombanı götürüb qaçdı (Video)

  • >
7 663 30 Avqust 2017 11:30 | Video

Hindistanda polis uşaqları xilas etmək üçün partlamamış bombanı əlinə götürərək uşaqların olduğu bölgədən təcili şəkildə uzaqlaşıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Madhya-Pradeş ştatında qeydə alınıb.

Abhişek Patel bildirib ki, o, 9 kiloqramlıq bombanı uşaqlardan uzaq bir yerə atıb. Patelin sözlərinə görə, o, partlayıcını tapan zaman yaxınlığında 400-ə yaxın uşaq olub və vəziyyəti nəzərə alaraq bombanı təcili şəkildə bölgədən uzaqlaşdırmaq qərarına gəlib. Patel partlamamış bombaya yaxın durmağın nə qədər təhlükəli olduğunu bilə-bilə uşaqları xilas etmək üçün cəsarətli addım atmaqdan çəkinməyib.

Bomba partlayacağı təqdirdə 500 metr radiusda dağıntılara səbəb ola bilərdi.

Bombanın oraya haradan düşdüyü isə naməlum olaraq qalır. Faktla bağlı araşdırma başlayıb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X