İranın paytaxtı Tehranda Myanmada zorakılığa məruz qalan müsəlmanlara dəstək məqsədilə nümayiş keçirilib. İranın paytaxtı Tehranda Myanmada zorakılığa məruz qalan müsəlmanlara dəstək məqsədilə nümayiş keçirilib.

Daha bir ölkədən rohinca müsəlmanlarına dəstək gəldi – Video

İranın paytaxtı Tehranda Myanmada zorakılığa məruz qalan müsəlmanlara dəstək məqsədilə nümayiş keçirilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaya yüzlərlə insan qatılıb.

Aksiya iştirakçıları Myanmada törədilən zorakılıqlara qarşı şüarlar səsləndiriblər. Fəallar, eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətini Myanma rəhbərliyinə dəstək verməkdə təqsirləndiriblər. Fəallar bildiriblər ki, Myanmada müsəlmanlara qarşı törədilən zorakılıqların arxasında sabiq dövlət başçısı Nobel Sülh Mükafatçısı Aun San Su Çji durur. O, ölkənin de fakto lideri hesab edilir.

Myanmada törədilən zorakılıqlar nəticəsində son iki həftə ərzində 270 min insan ölkəni tərk edib.

Bəxtiyar Abbasov

AzNews.az