00:53
(077) 610-22-33

İşdən evə qayıdan gənc oğlan tez çatmaq üçün maraqlı üsula əl atdı - Amma...+ Video

  • >
2 158 2 Dekabr 14:18 | Video

Çində gənc oğlan işdən evə gedərkən tez çatmaq üçün və tıxacda qalmamaq üçün yolu özü işarələməyə başlayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Lianyunganq şəhərinin Tsai adlı 28 yaşlı sakini işdən evə gedəndə yol onun üçün həlli olmayan problemə çevirilir. Bu dəfə isə gənc oğlan bankdan əlində boya və fırça ilə çıxıb. Gənc oğlan qərara gəlir ki, onun avtobusu hər gün sola dönmək üçün seçilən işarələnmiş xətt sayəsində tıxacda qaldığına görə, öz yoluna uyğun olaraq nişanlanma xəttini çəksin.

Tsai əlində ağ boya və fırça ilə yola çıxaraq, sola dönməni bildirən yol nişanı oxunun yanında irəli hərəkət etməyə imkan verən yol nişanı çəkir. Bütün bunlar yol nəzarət kamerasına düşdüyündən aidiyyatı qurumlar hadisə yerinə gələrək xətti silir.

Polis gənc oğlanı izləyərək onu saxlayıb. Tsai əməlini etiraf edib, amma o, etdiyi hərəkətin səbəbini izah etməyə çalışıb. Lakin, hüquq-mühafizə orqanları əməkdaşları bunun çoxsaylı qəzalara gətirib çıxara biləcəyini bildiriblər. Cəza olaraq Tsai 152 dollar cərimə edilib.

Bağla X