Ermənistan və İran arasında ticarət sazişi imzalanıb

Ermənistan və İran arasında ticarət sazişi imzalanıb.

APA-nın məlumatına görə, saziş iki ölkənin ticarət palatasının rəhbərləri tərəfindən İrəvanda imzalanıb. İran Ticarət Palatasının rəhbəri İran və Ermənistan arasında ki ticarət münasibətlərini daha da genişləndirməyə çağırıb. O qeyd edib ki, İran Ermənistan üçün yeni üfüqlər aça bilər:

"Təkcə onu deyə bilərəm ki, İran Ermənistan üçün 14 ölkəyə malların tranzit qapısını aça bilər. Bu fürsətdən istifadə etmək lazımdır".

AzNews.az