- Köhnə - Region
- 20 İyul 2013 08:55
- 5 548
Polis əməkdaşı qəzaya düşdü
Moskva vilayətində polis əməkdaşının maşınla vurularaq öldürülməsi ilə bağlı istintaq gedir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşı aldığı travmalardan hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata əsasən, şosse ilə hərəkət edən sürücü idarəetməni itirib və yolun kənarı ilə piyada gedən sahə müvəkkilini vurub.
Moskva vilayətinin polis idarəsindən bildiriblər ki, polis əməkdaşı təcili yardım gələnə qədər dünyasını dəyişib.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.
AzNews.az