Məşhur reper jurnalisti döydü - FOTO

Məşhur amerikalı reper və bəstəkar Kanye Uest ABŞ-ın Los-Anceles şəhərində beynəlxalq hava limanında reportyoru vəhşicəsinə döyüb.

Milli.Az X17Online-a istinadən bildirir ki, reportyor tanınmış reperin şəkillərini çəkmək istəyəndə Uest ona hücum edib.

Hadisə Kanye Uest hava limanının binasından çıxarkən jurnalistlər və paparassilər tərəfindən əhatəyə alınanda baş verib.

Reper "Xahiş edirəm, çəkməyin!" desə də, jurnalistlərin bir neçəsi çəkilişləri davam etdiriblər.

Həmin reportyorların birinin sualı reperin xoşuna gəlməyib. Uest jurnalisti yumruqlayandan sonra yerə yıxaraq təpikləyib.

Hadisədən bir neçə dəqiqə sonra olayın videosu internetdə yayılıb.

Mail Online bildirir ki, döyülmüş jurnalist xəstəxanaya aparılıb.
Həkimlərin dediklərinə görə, onun səhhətində ciddi problemlər yoxdur.

AzNews.az
image description image description image description