Roma Papası: “Allah braziliyalıdır”

Braziliyaya səfər edən Roma Papası təyyarədə jurnalistlərlə zarafatlaşıb.

AzNews.az-ın xarici mediaya istinadən məlumatına görə, argentinalı Papa Fransisk dünən Braziliyanın paytaxtı Rio de Janerioya gedib. 4 ay əvvəl katoliklərin lideri seçilən Papa Braziliyada Katolik Dünya Gənclik Günündə iştirak edəcək. Vatikan liderini Braziliya səfərində 70-dən çox jurnalist də müşayiət edir.

Məlumata görə, 12 saatlıq Braziliya səfərində təyyarədə jurnalistlərlə zarafatlaşan Papanın bəzi sözləri mətbuata çıxıb. İtaliya mətbuatının yazdığına görə, Papa Fransisk təyyarədə olan braziliyalı jurnalistlərdən birinə "Allah onsuz da braziliyalıdır. Siz də hələ Papanın braziliyalı olmasını istəyirdiniz" - deyib.

AzNews.az