- Köhnə - Dünya
- 28 İyul 2013 15:35
- 7 795
Belarusda dəhşətli qəza: 8 ölü, 11 yaralı
Milli.Az İnterfax-a istinadən bildirir ki, Belarusun Vitebsk vilayətində bu gün baş verən yol qəzasında 8 nəfər ölüb. 11 nəfər xəstəxanaya çatdırılıb.
Orşan rayonunun Babiniçi kəndi yaxınlığında Rusiya dövlət nömrə nişanlı minik maşını ilə Ukrayna dövlət nömrə nişanlı mikroavtobus toqquşub.
Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
AzNews.az