Moskvada 5 Azərbaycan vətəndaşı saxlandı

Moskva polisi ödəmə terminallarından oğurluqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə APA Rusiyanın "Novıy reqion" saytına istinadən məlumat verib. Saxlanılan dəstədə 24-25 yaşlı 5 azərbaycanlı və bir nəfər əcnəbi olub. Polisin məlumatına görə, 31 iyul gecəsi "02" çağırış xidmətinə Lazarev döngəsində mağazanın soyulması barədə xəbər daxil olub. Ticarət nöqtəsindən ödəmə terminalını çıxardan cinayətkar qrup Milaşenkova küçəsində qaldıqları evdə onu boşaldarkən saxlanıblar.

Evin qarajında keçirilmiş müayinə nəticəsində polislər daha 13 terminal aşkar etdilər. Dəstənin vurduğu zərərin ümumi məbləği 1 milyon rubldan çox olub.

AzNews.az