Ermənistanda əsgər intihar etdi

Bu gün Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində əsgər ölümü faktı qeydə alınıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, müddətli həqiqi hərbi xidmətə çağrılmış Manuçar Manuçaryan müşahidə qülləsində olarkən özünü güllələyib.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.

AzNews.az