Ermənistanda 189,7 min nəfər əlil qeydiyyatdadır

2013-cü ilin 1 iyun tarixində Ermənistanda 189,7 min nəfər əlil qeydiyyata alınıb.


Milli.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bu barədə Ermənistanın Milli Statistika İdarəsi məlumat yayıb. Bu da ötən illə müqayisədə 7 min nəfər çoxdur.

Ömürlük əlillərin sayı daha yüksək templərlə artıb. Bu il ömürlük əlillərin sayı 123 min nəfərə çatıb. Ötən il isə həmin rəqəm 112,8 min nəfər idi.

AzNews.az