“Müsəlman qardaşları”nın fəaliyyəti qadağan edilə bilər

Misir hakimiyyəti "Müsəlman qardaşlar" islamçı hərəkatının fəaliyyətini qadağan etmək məsələsini nəzərdən keçirir.

Bunu yerli mətbuata müvəqqəti hökumətin mətbuat katibi Şerif Şauki deyib. O bildirib ki, belə bir təşəbbüslə baş nazir Xazem əl-Bibliavi çıxış edib və hazırda bu məsələ müzakirə olunur.

Xatırladaq ki, prezident Məhəmməd Mursinin devrilməsindən sonra "Müsəlman qardaşlar" hərəkatı ölkədə geniş miqyaslı kütləvi aksiyalar keçirir. İndiyədək bu aksiyalarda minlərlə adam həlak olub və yaralanıb.

AzNews.az