Misirdə məscidlər bağlanacaq

Misir hökuməti ölkənin əsas məscidlərini hər namazdan sonra bağlamağı əmr edib.

Səbəb isə oraya islamçı müxalifətin yığışmasının qarşısını almaqdır. Bu barədə "Əl-Məsri Əl-Yəum" Vəqf nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Dünən Misir hərbçiləri uzun danışıqlar və sonrakı intensiv atışmaların hesabına Qahirənin "Əl-Fəth" məscidini tutublar. "Əl-Fəth"də devrilmiş prezident Məhəmməd Mursinin tərəfdaşları toplanırdılar. Yerli KİV-lərin məlumatına görə, məsciddə 300 müxalifətçi həbs edilib və onlardan silah yığılıb.

AzNews.az