- Köhnə - Dünya
- 27 Avqust 2013 09:09
- 5 258
Kimyəvi silahdan istifadə əmrini Əsədin qardaşı verib
AzNews.az xəbər verir ki, belə məlumatların sonuncusunda müxaliflərə qarşı kimyəvi silahdan istifadə əmrini kimin verdiyinə toxunulur. İsrailin kəşfiyyat orqanı olan "Mossad"a yaxınlığı ilə tanınan "Debka" kəşfiyyat saytının yazdığına görə, kimyəvi silahdan istifadə əmri Bəşər Əsədin qardaşı Mahir Əsəd verib. Xəbərdə bildirilir ki, sarin qazı daşıyan kimyəvi başlıqlı raketlər Suriya ordusunun 4-cü diviziyasına bağlı 155-ci briqada tərəfindən atılıb bu barədə əmri isə general Mahir Əsəd verib. Qeyd edək ki, Suriyadakı üsyana qarşı döyüşən ordu birlikləri Mahirin tabeçiliyindədir.
Elman
AzNews.az