İraqda partlayış: 44 ölü

İraqın paytaxtı Bağdadın müxtəlif yerlərində baş verən partlayışlarda ilkin məlumatlara görə, 44 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.

Polis və hadisə şahidlərinin məlumatlarına görə, partlayışlar yol kənarına döşənmiş minalar və avtomobillərə quraşdırılmış partlayıcılar vasitəsilə həyata keçirilib. Ən ağır partlayış Bağdadın şimal-qərbindəki Qədimiyyə bölgəsində törədilib. Burada 5 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildirilir.

Partlayışlarla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, hadisələrin şiələrin məskunlaşdığı məhəllələrdə baş verməsi, yerli təhlükəsizlik qurumları "Əl-Qaidə" qruplaşmasından şübhələndiyini bildirir.

AzNews.az