Bəşər Əsəd dünyanı təhdid etdi – BƏYANAT

Suriyanın prezidenti Bəşər Əsəd dövlət televiziyası vasitəsilə son günlər bu ölkəyə hücum ediləcəyi ilə bağlı açıqlamalara cavab verib.


AzNews.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Əsədin Suriya dövlət televiziyasında oxunan bəyanatında deyilir ki, ölkəsinə hər hansı bir hücum olarsa, Suriya özünü qoruyacaq: "Suriyanın hər bir hücuma qarşılıq verəcəyinin və özünü sonadək qoruyacağını xüsusi qeyd edirəm".

Əsəd deyib ki, İsrail və Qərb dövlətləri Suriya dövlətini dağıtmaq istəyirlər və Suriyalıların mübarizəsi də məhz buna qarşıdır. Xatırladaq ki, ABŞ Suriya prezidentinin kimyəvi silahdan istifadə etdiyini açıqlayıb. NATO da Əsəd rejiminə müdaxilə edilməli olduğu fikrindədir, ancaq BMT-dən verilən açıqlamada Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsinin təsdiqlənmədiyi bildirilir.

Anar
AzNews.az