ABŞ Suriyaya hərbi müdaxilənin konturlarını açıqladı

ABŞ xarici işlər naziri Con Kerri gözlənilən Suriya müharibəsi ilə bağlı açıqlama verib.

Kerri Suriyada kimyəvi silahdan isifadə edilməsinə şübhə olmadığını bildirərək müharibənin konturlarını cızıb.

Belə ki Suriyaya müdaxilə hava hücumu ilə məhdudlaşacaq. Məqsəd isə daxili müharibəyə son qoymaqdır.

Kerri Vaşinqtondakı nazirlik binasında keçirdiyi mətbuat konfransında "Amerika kəşfiyyatı Əsəd rejiminin 21 avqustda təşkilatlanmış şəkildə kimyəvi silahdan istifadə etdiyinə əmindir" deyə vurğulayıb.

Elnarə
AzNews.az