Orxan Zeynalovun əmisinə 1 milyon verildi


Moskvada Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Orxan Zeynalovun yerinin bildirən şəxsə 1 milyon rubl mükafat verilib.

AzNews.az "Интерфакс"a istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva üzrə baş idarəsinin rəhbəri Anatoli Yakunin məlumat verib.

Bundan əvvəl həmin mükafatı Zeynalovun yaşadığı mənzilin sahibinə veriləcəyi bildirilirdi. Bununla yanaşı O.Zeynalovun yerini polisə onun bir zamanlar Azərbaycan DİN-də işləyən əmisinin xəbər verdiyi deyilir. Bu isə həmin mükafatın O.Zeynalovun keçmiş polis əməkdaşı olan əmisinə çatdığı ehtimal etməyə əsas verir.

Elnur
AzNews.az